Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” I təsnifat mərhələsində ilk oyununa çıxıb.
Komanda Sloveniyanın “Selye” kollektivini qəbul edib. “Bank Respublika Arena”da keçirilən görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın heyətində qolları 3-cü və 18-ci (penaltidən) dəqiqələrdə Pavol Şafranko vurub.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 17-də Selyedə baş tutacaq.