az en
News / “Sabah” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)

“Sabah” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)

Kubok oyunları Dərc olundu: 31.05.2025 Çap
Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün final oyunu keçirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan həlledici görüşdə “Qarabağ” və “Sabah” komandaları qarşılaşıblar.
“Sabah” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)
Rəqibini 3:2 hesabı ilə məğlub edən Bakı təmsilçisi tarixində ilk dəfə ölkə kubokunun qalibi olub. “Sabah”ın heyətində qolları 36-cı dəqiqədə Pavol Safranko, 90+5-ci dəqiqədə Kahim Parris və 120-ci dəqiqədə Tellur Mütəllimov vurublar. “Qarabağ”da isə 45+2-ci dəqiqədə Kadi Borqes fərqlənib, 68-ci dəqiqədə isə Con İrasabal avtoqol müəllifi olub.
Görüşün ardından “Qarabağ” gümüş, “Sabah” isə qızıl medallarla mükafatlandırılıb. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər. Mərasimin sonunda “Sabah” komandasına kubok AFFA-nın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.
 
Baş Sponsor