az en
News / "Sabahkı oyunu üç xalla başa vurmaq istəyirik"

"Sabahkı oyunu üç xalla başa vurmaq istəyirik"

A milli (Qadınlar) Dərc olundu: 08.06.2026 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərovun dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də Şimali Makedoniya ilə oyunöncəsi fikirlərini diqqətinizə çatdırırıq:
"Sabahkı oyunu üç xalla başa vurmaq istəyirik"
"Sabah turnirdə son oyunumuza çıxacağıq. Düşünürəm ki, bu qarşılaşma bizim üçün həqiqətən çətin olacaq. Çünki rəqib son oyununda qələbə qazanaraq xallarının sayını 6-ya çatdırıb. Üstəlik, öz meydanlarında oynayacaqları üçün maksimum nəticə əldə etməyə çalışacaqlar.
Sabahkı oyun bizim üçün çox önəmlidir. Çünki biz də xal ehtiyatımızı artırmaq istəyirik. Təəssüf ki, əvvəlki oyunda yaxşı oynamağımıza və sona qədər mübarizə aparmağımıza baxmayaraq, son dəqiqədə buraxdığımız qolla məğlub olduq. Bu nəticə bizi çox üzdü. Komanda da buna görə məyusdur. Düşünürəm ki, həmin oyunda heç olmasa bir xal qazanmağa layiq idik, lakin sonda məğlubiyyətlə üzləşdik.
Buna baxmayaraq, yaxşı təcrübə qazandıq və yaxşı oyun göstərdik. Bu, məni sevindirən məqamlardandır. Şimali Makedoniya ilə oyuna gəlincə, bilirik ki, bizi çətin qarşılaşma gözləyir. Ancaq biz maksimum nəticə üçün mübarizə aparacağıq və çalışacağıq ki, sabahkı oyunu üç xalla başa vuraq".
Baş Sponsor