az en
News / Millimiz (Qadınlar) seçmə mərhələdə son oyununa çıxacaq

Millimiz (Qadınlar) seçmə mərhələdə son oyununa çıxacaq

A milli (Qadınlar) Dərc olundu: 09.06.2026 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Millimiz (Qadınlar) seçmə mərhələdə son oyununa çıxacaq
C Liqasının 3-cü qrupunda yer alan millimiz səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq. Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, son tur öncəsi qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.
 
9 iyun
21:00. Şimali Makedoniya (Qadınlar) – Azərbaycan (Qadınlar)
Baş hakim: Teona Sturua
Baş hakimin köməkçiləri: Elene Eloşvili, Sopo Tsulaya
Dördüncü hakim: Tamta Şengelia
(Hakimlər briqadası Gürcüstandandır)
Bitola, “Petar Miloşevski” stadionu
Baş Sponsor