az en
News / İsveç millisinin heyəti açıqlanıb

İsveç millisinin heyəti açıqlanıb

Millətlər Liqası Dərc olundu: 28.08.2024 Çap
İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Azərbaycan və Estoniya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
İsveç millisinin heyəti açıqlanıb
Baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də isə Solnada Estoniya komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.
 
Qapıçılar: Viktor Johansson, Kristoffer Nordfeldt, Jakob Widell Zetterström;
Müdafiəçilər: Ludwig Augustinsson, Alex Douglas, Gabriel Gudmundsson, İsak Hien, Emil Krafth, Ken Sema, Carl Starfelt, Linus Wahlgren Egnell;
Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lucas Bergvall, Jens Cajuste, Anthony Elanga, Niclas Eliasson, Viktor Gyökeres, Alexander İsak, Dejan Kulusevski, Hugo Larsson, Sebastian Nanasi, Gustaf Nilsson, Anton Saletros, Mattias Svanberg.
 
Qeyd edək ki, Azərbaycan – İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Baş Sponsor