15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.
Millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş rəqib komandanın 13:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 son oyununu avqustun 17-də Belarus yığmasına qarşı keçirəcək.