az en
News / U-15 (Qızlar) UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb

U-15 (Qızlar) UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb

U-15 (qızlar) Dərc olundu: 12.08.2026 Çap
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.
U-15 (Qızlar) UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb
Millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 71-ci dəqiqədə Zəhra Əkbərli vurub.
Qeyd edək ki, U-15 növbəti oyununu avqustun 14-də Rusiya yığmasına qarşı keçirəcək.
Baş Sponsor