16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişikliklər edilib.
Rəcəb Tahirə, Könül Hüseynova, Zəhra Abdullayeva və Zeynəb Muradzadə heyətdən çıxarılıblar. Onların əvəzinə Aydan Abdullayeva, Əsnad Qəhrəmanlı, Dəniz Mikayıllı və Xalidə Vahabzadə milliyə cəlb olunublar.
Qeyd edək ki, U-16 mayın 6-dan 11-dək Bakı təşkil olunacaq UEFA İnkişaf Turnirində çıxış edəcək.