17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb. B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.
“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb. Millimiz bununla xal sayını 2-yə çatdırıb.
Qeyd edək ki, U-17 ilk turda Bolqarıstan yığması ilə heç-heçə (1:1) edib. Komandamız qrupda son matçını martın 30-da Malta seçməsinə qarşı keçirəcək.