az en
News / U-17 millimiz (Qadınlar) ikinci yoldaşlıq görüşünü keçirib

U-17 millimiz (Qadınlar) ikinci yoldaşlıq görüşünü keçirib

U-17 (qızlar) Dərc olundu: 30.09.2024 Çap
Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.
U-17 millimiz (Qadınlar) ikinci yoldaşlıq görüşünü keçirib
U-17 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyununda Gürcüstan yığması 4:0 hesablı qələbə qazanıb.
Baş Sponsor