az en
News / U-17 millimiz Qırğızıstanla qarşılaşıb

U-17 millimiz Qırğızıstanla qarşılaşıb

AFFA Dərc olundu: 02.09.2026 Çap
Azərbaycanın U-17 qızlardan ibarət milli komandası növbəti dəfə Qırğızıstan yığması ilə qarşılaşıb.
Bişkek şəhərində baş tutan yoldaşlıq görüşü Qırğızıstan millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Milli komandamızın heyətində yeganə qolu Xədicə Rəhimova vurub. 
Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 millimiz avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.
 
U-17 millimiz Qırğızıstanla qarşılaşıb
Baş Sponsor