19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin mərhələsində birinci oyununu keçirib.
B qrupunda yer alan U-19 San Marinonun Serravalle şəhərində Kosovo yığması ilə qarşılaşıb. “Multieventi Sport Domus” zalında təşkil olunan görüş millimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları Hüseyn Cəfərzadə (18-ci dəqiqə), Ədalət Ələkbərov (23, 36) və Rəvan Məsiyev (32) vurublar.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu yanvarın 26-da meydan sahibi San Marino seçməsinə qarşı keçirəcək.