az en
News / U-19 seçmə mərhələni qələbə ilə başa vurub

U-19 seçmə mərhələni qələbə ilə başa vurub

U-19 Dərc olundu: 18.11.2025 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb. 13-cü qrupda yer alan millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
U-19 seçmə mərhələni qələbə ilə başa vurub
Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda keçirilən görüşün ikinci hissəsinin əvvəllərində meydan sahibləri hesabı açıblar. Buna baxmayaraq, millimiz geridönüş etməyi bacarıb. 60-cı dəqiqədə Nadir Orucovun və 80-ci dəqiqədə Şahismayıl Cəfərovun vurduğu qollar sayəsində Elxan Abdullayevin yetirmələri 2:1 hesablı qələbə qazanıblar.
Bununla U-19 qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.
Baş Sponsor