az en
News / U-19-un (Futzal) rəqibləri müəyyənləşib

U-19-un (Futzal) rəqibləri müəyyənləşib

Futzal Dərc olundu: 31.10.2024 Çap
19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.
U-19-un (Futzal) rəqibləri müəyyənləşib
İlkin mərhələdə mübarizəyə başlayacaq Azərbaycan milli komandası B qrupunda Kosovo və San Marino yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda təşkil olunacaq.
Qeyd edək ki, ilkin mərhələnin matçları 2025-ci il yanvarın 21-dən 26-dək keçiriləcək. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaqlar. Millimiz əsas mərhələyə yüksəlsə, orada Xorvatiya, Bosniya və Herseqovina, Türkiyə ilə 7-ci qrupda mübarizə aparacaq.
Baş Sponsor