az en
News / U-19-un heyətində dəyişiklik olub

U-19-un heyətində dəyişiklik olub

U-19 Dərc olundu: 12.11.2020 Çap
Noyabrın 11-dən Bakıda təlim-məşq toplanışına başlayan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. “Sabah” klubunun üzvləri Nemət Musayev, Abdulla Rzayev, Camal Cəfərov və Yusif İmanovun əvəzinə toplanışa Cavidan Abbaszadə (“Sumqayıt”), Ramin Abdullayev (“Keşlə”), Valeh Qəhrəmanlı (“Neftçi”) və Elgün Bayramov (“Səbail”) dəvət olunub.
 
U-19-un heyətində dəyişiklik olub
Baş Sponsor 
Partnyorlar