az en
News / U-20 millimiz iki yoldaşlıq oyunu keçirəcək

U-20 millimiz iki yoldaşlıq oyunu keçirəcək

U-20 Dərc olundu: 15.11.2026 Çap
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində İraq yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək.
U-20 millimiz iki yoldaşlıq oyunu keçirəcək
İlk görüş noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutacaq və saat 19:00-da başlanacaq. Komandalar arasında ikinci matç noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşma isə saat 16:00-da start götürəcək.
İlk oyun “CBC Sport” telekanalında, ikinci görüş isə “CBC Sport”un YouTube kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək
Baş Sponsor