az en
News / Şuşada qızlar arasında “FIFA Campaign” futbol festivalı keçirilib

Şuşada qızlar arasında “FIFA Campaign” futbol festivalı keçirilib

AFFA Dərc olundu: 18.09.2026 Çap
AFFA-nın təşkilatçılığı və FIFA-nın maliyyə dəstəyi ilə “FIFA Women’s Development” proqramı çərçivəsində 8-10 yaşlı qızlar arasında “FIFA Campaign” futbol festivalı keçirilib.
Şuşada qızlar arasında “FIFA Campaign” futbol festivalı keçirilib
Sentyabrın 17-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunan festivalda 50 qız iştirak edib.
Festival çərçivəsində iştirakçılar üçün futbol məşqləri, estafet oyunları və müxtəlif əyləncəli fəaliyyətlər təşkil olunub. Qızlara topla ilkin davranış qaydaları nümayiş etdirilib, milli komandanın futbolçuları ilə fotozona təşkil olunub.
Festivalda qadınlardan ibarət A milli komandanın məşqçiləri, AFFA Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiyanın nümayəndələri və qadın milli komandalarının futbolçuları iştirak ediblər. Milli komandanın üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.
Festival iştirakçılarına AFFA tərəfindən idman geyimi, futbol topları və gödəkçələr təqdim olunub.
Qeyd edək ki, qadınlardan ibarət A milli komandamızın Şuşaya rəsmi səfəri sentyabrın 16-da başlayıb. Səfər çərçivəsində milli komandanın üzvləri şəhərin Qarabağ küçəsi və Gövhər Ağa məscidi də daxil olmaqla tarixi və mədəni məkanlarını ziyarət ediblər.
“FIFA Campaign” futbol festivalının əsas məqsədi qızlar arasında futbola marağın artırılması, sağlam həyat tərzinin təşviqi və onların futbol bacarıqlarının inkişafına şərait yaradılmasıdır.
“FIFA Women’s Development” proqramı çərçivəsində bu cür futbol festivallarının gələcəkdə də keçirilməsi planlaşdırılır.
 
Baş Sponsor