AFFA UEFA A məşqçi kursuna qəbul üçün qeydiyyat elan edir.
Kursa qüvvədə olan UEFA B lisenziyasına malik, bu lisenziyanı əldə etdikdən sonra 11-ə qarşı 11 futbolu üzrə minimum bir il məşqçilik təcrübəsi olan məşqçilər müraciət edə bilərlər. Kurs müddətində 11-ə qarşı 11 formatında komanda ilə davamlı işləmək imkanı olan və U-16 və daha yuxarı səviyyədə fəaliyyət göstərən məşqçilərə üstünlük veriləcək.
Namizədlər peşəkar oyunçu karyerası, məşqçilik təcrübəsi, UEFA B kursu üzrə nəticələri və seçim testinin nəticələri əsasında qiymətləndiriləcəklər. UEFA-nın minimum qəbul tələblərinə cavab verən namizədlər arasından ən yüksək nəticə göstərən 12 nəfər kursa qəbul olunacaq.
Kursun AFFA-da keçiriləcək təlim modulları 5-8 oktyabr, 9-12 noyabr, 14-17 dekabr 2026-cı il, 26-28 yanvar və 1-5 mart 2027-ci il tarixlərində təşkil olunacaq. Kurs minimum 6 ay davam edəcək və iştirakçıların praktiki fəaliyyəti modullar arasındakı dövrlərdə klub mühitində izləniləcək.
Kursda bir iştirakçı üçün iştirak haqqı 4000 AZN təşkil edir. Qeydiyyat elektron ərizə forması vasitəsilə aparılır.
Son müraciət tarixi 20 sentyabr 2026-cı il.