az en
News / Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də

Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də

FİFA Dərc olundu: 22.01.2026 Çap
AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.
Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də
XIII tur çərçivəsində yanvarın 23-də keçiriləcək “Liman” – “Neftçi” (10:30) və yanvarın 25-də təşkil olunacaq “Araz-Naxçıvan” – “Sabah” (13:00) görüşü platformada göstəriləcək.
Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz: 
 
Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.
 
Baş Sponsor