az en
News / Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də

Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də

FİFA Dərc olundu: 21.05.2026 Çap
AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.
Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də
XXI tur çərçivəsində mayın 22-də keçiriləcək “Qəbələ” – “Şəfa” (16:00) matçı və mayın 24-də təşkil olunacaq “Dirçəliş” – “Neftçi” (14:00) görüşü platformada göstəriləcək.
Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:  
 
Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.
Baş Sponsor