16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minsk şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib. Qazaxıstan yığması ilə qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan yığmamız 4:2 hesabı ilə qələbə qazanıb və turnirdə ikinci yeri tutub.