az en
News / AFFA FIFA-ya müraciət edib

AFFA FIFA-ya müraciət edib

A Milli Dərc olundu: 05.03.2015 Çap
AFFA FIFA-ya müraciət edib
Ukraynanın “Metallurq” (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib. Bununla əlaqədar   AFFA-nın sorğusuna cavab olaraq  Ukrayna Futbol Federasiyası  bildirib ki, o, bu ölkənin  aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb.  AFFA onun müvafiq qaydalara uyğun olaraq  Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün   FIFA-ya müraciət edib.
Baş Sponsor 
Partnyorlar