az en
News / Ələkbər Məmmədov son mənzilə yola salınıb (fotolar)

Ələkbər Məmmədov son mənzilə yola salınıb (fotolar)

AFFA Dərc olundu: 04.08.2014 Çap
Bu gün görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, professor, "Şöhrət" ordeni ilə təltif olunmuş Ələkbər Məmmədov son mənzilə yola salınıb.
Mərhumla vida mərasimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, hökumət təmsilçiləri, AFFA rəsmiləri, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Ələkbər Məmmədovun Azərbaycan idmanının inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını bildirib.
Mərasim başa çatdıqdan sonra mərhum II Fəxri Xiyabanda dəfn olunub.
Baş Sponsor 
Partnyorlar