az en
News / Luiş Fiqu Könüllülər Proqramının iştirakçılarına təbrik mesajı yollayıb

Luiş Fiqu Könüllülər Proqramının iştirakçılarına təbrik mesajı yollayıb

Avropa Liqası Dərc olundu: 14.05.2019 Çap
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.
Portuqaliyalı sabiq ulduz futbolçu Luiş Fiqu bununla əlaqədar könüllülərə təbrik mesajı yollayıb. Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan futbolçu bu möhtəşəm tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib: "Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsınız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram".
UAL Final-2019: Fiqunun könüllülərə müraciəti:
 
Luiş Fiqu Könüllülər Proqramının iştirakçılarına təbrik mesajı yollayıb
Baş Sponsor 
Partnyorlar