az en
News / “Media futbol festivalı” keçiriləcək

“Media futbol festivalı” keçiriləcək

AFFA Dərc olundu: 10.07.2017 Çap
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar iyulun 14-də AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunacaq.
“Media futbol festivalı” keçiriləcək
“Dalğa Arena”nın əsas meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçiriləcək. 4 komandanın mübarizə aparacağı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olacaq.
“Media futbol festivalı” adlı tədbirin proqramını diqqətinizə çatdırırıq:
Saat 18:00 - AFFA-dan çıxış
18:45 - 19:00 - “Dalğa Arena”da oyuna hazırlıq (paltardəyişmə otaqları)
19:00 – 19:30 - Mini-turnir
20:00 – 22:30 - Şam yeməyi
Oyunları idarə edəcək hakimlər media nümayəndələri arasından müəyyənləşdiriləcək.
KİV təmsilçilərini AFFA-dan “Dalğa Arena”ya və əks istiqamətdə aparıb-gətirmək üçün avtobus təşkil olunacaq.
Futbol oynamaq istəyən media mənsubları 12 iyul saat 18:00-a qədər [email protected] ünvanında qeydiyyatdan keçməli və oyun günü özü ilə idman geyimi gətirməlidir.
Qalib komandaya AFFA-nın hədiyyələri təqdim olunacaq.
 
Baş Sponsor 
Partnyorlar