az en
News / Nihat Kahveci və Deku Bakıda azarkeşlərlə görüşdü

Nihat Kahveci və Deku Bakıda azarkeşlərlə görüşdü

Avropa Liqası Dərc olundu: 03.03.2019 Çap
UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində bu gün saat 16:00-dan 18:00-dək "28 Mall" ticarət mərkəzində Nihat Kahveci və Dekunun imza günü keçirildi. İmza günündə azarkeşlər və qonaqlar futbolçularla yaxından tanış oldular, imza aldılar, eləcə də onlarla xatirə şəkli çəkdirdilər. 
Nihat Kahveci və Deku Bakıda azarkeşlərlə görüşdü
Qeyd edək ki, Nihat Kahveci türkiyəli sabiq peşəkar futbolçudur. "Beşiktaş"ın yetirməsi olan hücumçu İspaniyanın "Villareal" və "Real Sosyedad" kimi klublarında da çıxış edib. Deku kimi tanınan Anderson Luis de Souza isə yarımmüdafiəçi mövqeyində çıxış edən sabiq portuqaliyalı futbolçudur. Deku "Porto", "Barselona", "Çelsi" və "Fluminense" kimi klubların şərəfini qoruyub.
Xatırladaq ki,  bu gün paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.
“Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.
Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfiri Vəli Qasımov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, azarkeşlər arasında keçirilmiş müsabiqə əsasında seçilən Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və Avropa Liqasının finalına həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da meydana çıxıblar.
Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşdü.
UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra oyun başladı.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatdı.
Sonra Prezident İlham Əliyev oyunu izləyən gənc azarkeşlərlə görüşdü, xatirə şəkilləri çəkdirdi.
 
Baş Sponsor 
Partnyorlar