az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 16.08.2016 Çap
12 avqust 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasının II turunun “Qəbələ” – “İnter”  matçında “Qəbələ” və “İnter” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 800 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
10 avqust 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Sumqayıt” – “Qarabağ”  matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).
11 avqust 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Qəbələ” – “İnter”  matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).
13 avqust 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Neftçi” – “Zirə” matçının 89-cu dəqiqəsində “Zirə” klubunun 57 №-li futbolçusu Vüqar Namazalıyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı vaxt tribunaya qalxaraq azarkeşlərə qarşı təhqiredici hərəkətə yol verdiyinə görə 5 oyun cəzalanır, klub 2400 manat cərimə olunur  (maddə 38.3), (maddə 42.1), (maddə 35).
14 avqust 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Kəpəz”  – AZAL matçının 85-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Seymur Əsədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).
 
Baş Sponsor 
Partnyorlar