az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 29.08.2017 Çap
20 avqust 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Qarabağ" – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
25 avqust 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının III turunun “Neftçi” – “Kəpəz” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
25 avqust 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının III turunun  “İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində “İnter” klubunun 33 №-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
26 avqust 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının III turunun  “Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
26 avqust 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “İnter" – “Səbail” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40). Oyunun 43-cü dəqiqəsində “Səbail” klubunun məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 400 manat cərimə olunur (maddə 62).
26 avqust 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “Neftçi" – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).
 
Baş Sponsor 
Partnyorlar