20 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının IX turunun “Səbail” – “İnter” matçında “Səbail” klubunun məşqçisi Araz Qulamov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunub (maddə 62).
21 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “Zirə” matçında hər iki klubun 4 futbolçuları sarı vərəqə ilə cəzalandırıldıqları üçün hər iki klub 800 manat cərimə olunub (maddə 40).
22 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” matçının 86-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub (maddə 52).
22 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun "Kəpəz" – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).
Stadionda yarışların keçirilməsinə uyğun olaraq lazım olan bayraqların olmamasına görə "Kəpəz" klubu 400 manat cərimə olunub (maddə 68).
22 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun “Qəbələ” – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qəbələ” klubunun 89 №-li futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub (maddə 48).
20 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Xəzər” – MOİK matçında əvəzetmə tablosunun və xərək daşıyan uşaqların olmamasına görə “Xəzər” klubu 160 manat cərimə olunub (maddə 60).
20 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Şüvəlan” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).
20 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Zaqatala” – “Binə” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).
Oyunun 74-cü dəqiqəsində “Zaqatala” klubunun 3 №-li futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunub (maddə 37.1).
18 oktyabr 2017-ci il, Gənclər Liqasında, “Səbail” – “Kəpəz” matçının 30-cu dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Cavid Mikayıllı aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.1).
23 oktyabr 2017-ci il, Bakcell U-17, “Xəzər Lənkəran” – “İnter” matçının 81-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 8 №-li futbolçusu Qədir Oruclu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
23 oktyabr 2017-ci il, Bakcell U-17, “Qarabağ” – “Sumqayıt” matçının 79-cu dəqiqəsində “Sumqayıt” klubunun 19 №-li futbolçusu Murad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
19 oktyabr 2017-ci il, U-16 Liqasında, “Kəpəz” – “Qəbələ” matçının 70-ci dəqiqəsində “Kəpəz” klubunun 15 №-li futbolçusu Surac Nəcəfov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
19 oktyabr 2017-ci il, U-16 Liqasında, “İnter” – “Neftçi” İK İB matçının 76-cı dəqiqəsində “Neftçi” İK İB klubunun 11 №-li futbolçusu Səlin Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
22 oktyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “Neftçi” – “İnter” matçının 35+1-ci dəqiqəsində “İnter” klubunun 28 №-li futbolçusu Azər Fərmanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
21 oktyabr 2017-ci il, U-14 Liqasında, “İnter” – “Mançester Yunayted” matçının 54-cü dəqiqəsində “Mançester Yunayted” klubunun 4 №-li futbolçusu Ruhid Mustafayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.3).
Oyun bitdikdən sonra “İnter” klubunun futbolçuları “Mançester Yunayted” klubunun avtobusuna yaxınlaşmış və hər iki klubun futbolçuları arasında insident baş vermişdir. İnsident zamanı “Mançester Yunayted” klubunun futbolçusu Raul Məmmədova, “İnter” klubunun 7 №-li futbolçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynov tərəfindən zərbə endirilmişdir. İntizam Komitəsi tərəfləri və oyun iştirakçılarını dinlədikdən sonra aşağıdakı qərarı qəbul edib.
“İnter” klubunun 7 №-li futbolçusu Tural Əmirhüseynovun valideyini Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişinə qadağa qoyulsun (maddə 10.5).
Hər iki klub təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparsın.
21 oktyabr 2017-ci il, U-14 Liqasında, “Arzu UGİM-1” (Gəncə) – “Çinar” UGFHK (Gəncə) matçının 40-cı dəqiqəsində “Çinar” klubunun 14 №-li futbolçusu Yusif Babayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
21 oktyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, UGİM Gənclərbirliyi (Gəncə) – “Çinar” UGFHK (Gəncə) matçının 43-cü dəqiqəsində “Çinar” klubunun məşqiçisi Elçin Quziryani hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb (maddə 42.4).
21 oktyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, “Vətən – “Neftçi” matçının 35-ci dəqiqəsində “Neftçi” klubunun 10 №-li futbolçusu Ramiz Muradov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 37.1).
21 oktyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, “Ərkivan”(Masallı) – “Separadi Bələdiyyəsi” (Lənkəran) matçının 42-ci dəqiqəsində “Separadi Bələdiyyəsi” klubunun məşqçisi Qurban Canıyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 62).
21 oktyabr 2017-ci il, U-11 Liqasında, “TİM” (Gəncə) – “Gənclik” FT Gimnaziya (Gəncə) matçında “Gənclik” komandasanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).
18 oktyabr 2017-ci il, U-16 qızlar Liqasında, “İnter” PİK– “Mingəçevir” matçının 52-ci dəqiqəsində “İnter” klubunun 13 №-li futbolçusu Nəzrin Mamiyeva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
21 oktyabr 2017-ci il, U-13 qızlar Liqasında, “Xırdalan City” – “Qusar” matçında “Qusar” komandasanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).
22 oktyabr 2017-ci il, U-13 qızlar Liqasında, “Sumqayıt” FK – “Təhsil FM” matçında “Sumqayıt” komandasanın heyətində yetər say olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).
21 oktyabr 2017-ci il, Yüksək Liqasında, “Zaqatala” FK – “İnter” PİK matçının 84-cü dəqiqəsində “İnter” klubunun 13 №-li futbolçusu Nəzrin Mamiyeva hakimi təhqir etdiyinə görə 2 oyun cəzalanıb (maddə 42.3).