az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 12.12.2018 Çap
9 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XIV turunun “Sabah” – “Keşlə” matçında “Sabah” klubunun 4, “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
9 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XIV turunun “Səbail” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 55-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Miloş Yevticin texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).          
Oyunun 63-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
Oyunun 68-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
10 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Şüvəlan” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4, “Şüvəlan” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).
10 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Qarabağ-2” – “Sabah-2” matçının 44-cü dəqiqəsində “Sabah-2” klubunun 20 №-li futbolçusu Əli Səmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
10 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Ağsu” – “Kəpəz” matçının 83-cu dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
10 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIII turunun MOİK – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” və MOİK klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).
10 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Neftçi-2” – “Zaqatala” matçının 66-cı dəqiqəsində “Neftçi-2” klubunun 75 №-li futbolçusu Nihad Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
9 dekabr 2018-ci il, Region Liqasının, “Şirvanovka” (Qusar) – “Tufan” (Bakı) matçının 76-cı dəqiqəsində “Tufan” klubunun 77 №-li futbolçusu Elçin Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
8 dekabr 2018-ci il, Region Liqasının, “Şamaxı” – “Ağsu Siti” matçının 70-ci dəqiqəsində “Şamaxı” klubunun 8 №-li futbolçusu Fərid Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
5 dekabr 2018-ci il, Gənclər Liqasının, “Səbail” – “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə” klubunun 5 №-li futbolçusu Rauf Rüstəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
5 dekabr 2018-ci il, Gənclər Liqasının, “Neftçi” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Asim Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
9 dekabr 2018-ci il, Gənclər Liqasının, “Səbail” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Səbail” klubunun 6 №-li futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 89-cu dəqiqəsində “Səbail” klubunun 7 №-li futbolçusu Xəyal Bədirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
8 dekabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Qəbələ” – “Neftçi” matçının 90+6-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Veysəl Rzayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
8 dekabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Mil-Muğan” – “Tufan” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 20 №-li futbolçusu Əlif Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
5 dekabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Sumqayıt” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun 5 №-li futbolçusu Nazim Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 dekabr 2018-ci il, U-16 Liqasının, “Səbail” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ” klubunun 5 №-li futbolçusu Elnur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 77-ci dəqiqəsində “Səbail” klubunun 16 №-li futbolçusu Fərid Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 dekabr 2018-ci il,  U-16 Liqasının, “Turan Tovuz” – “Gəncə” TİM matçının 67-ci dəqiqəsində “Gəncə” TİM klubunun 11 №-li futbolçusu Rəşid Zeynalov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
9 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, UGİM 1 (Sumqayıt) – UGİM (Şabran) matçının 52-ci dəqiqəsində UGİM 1 klubunun 5 №-li futbolçusu Elnur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
9 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Qarabağ” – “Sabah” matçının 57-ci dəqiqəsində “Sabah” klubunun 14 №-li futbolçusu Həmzəali Mikayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
9 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Binə” – “Neftçi” matçının 58-ci dəqiqəsində “Neftçi” klubunun 12 №-li futbolçusu Səid Məmmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 60-cı dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Rüfət Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
9 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Əlincə” – EFA matçının 17-ci dəqiqəsində EFA klubunun 6 №-li futbolçusu Nicat Cabbarlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
4 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Turan Tovuz” – “Azəri TİM” matçında “Azəri TİM” klubunun məşqiçisi Elşən Əliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 62).
8 dekabr 2018-ci il, Coca-Cola U-13 Liqasının, “Qəbələ” – “Neftçi” İK İB matçının 18-ci dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Həbib Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.3).
Oyunun 35-ci dəqiqəsində “Neftçi” İK İB klubunun məşqiçisi Şahin Şahhüseynli texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
9 dekabr 2018-ci il, U-12 Liqasının, UGİM-1 (Sumqayıt) –UGİM-2 matçında UGİM-2 klubunun məşqiçisi Kənan Kərimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
8 dekabr 2018-ci il, U-12 Liqasının, “Şirvan” – “Mürtülü” matçında “Mürtülü” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
8 dekabr 2018-ci il, U-10 Liqasının, UGİM 2 (Sumqayıt) – “Məhəllə uşaqları” matçında UGİM 2 klubunun məşqiçisi Nicat Tağıyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 62).
9 dekabr 2018-ci il, U-16 Qızlar Liqasının “Keşlə” (Bakı) – “Fidan” (Bakı) matçında “Fidan” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
7 dekabr 2018-ci il, futzal üzrə Birinci Liqanın AZMİU – “Green Log” matçının 8-ci dəqiqəsində “Green Log” klubunun 13 №-li futbolçusu Tural Murquzov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
7 dekabr 2018-ci il, futzal üzrə Birinci Liqanın “Baku Fire” – “Şərq” matçında “Şərq” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
9 dekabr 2018-ci il, futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Avanqart” matçında “Bədr FK Xocalı” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
5 dekabr 2018-ci il, futzal üzrə Yüksək Liqanın “Yasamal” FK – “Yasamal” İSK matçının 11-ci dəqiqəsində “Yasamal” İSK klubunun 23 №-li futzalçısı Ceyhun Nağıyev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
Oyunun 15-ci dəqiqəsində “Yasamal” İSK klubunun 11 №-li futzalçısı Amil Əlimirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
7 dekabr 2018-ci il, futzal üzrə Yüksək Liqanın “Yasamal” FK – “Xəzər Cənub” matçının 30-cu dəqiqəsində “Yasamal” FK klubunun 8 №-li futzalçısı Seaid Əmirli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 35-ci dəqiqəsində “Yasamal” FK klubunun 11 №-li futzalçısı Mortuza Cahandozun qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
8 dekabr 2018-ci il, futzal üzrə Birinci Liqanın “Standard” FK – “Baku Fans” matçının 25-ci dəqiqəsində “Standard” klubunun 99 №-li futzalçısı Anar Həsənovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
 
 
Baş Sponsor 
Partnyorlar