az en
News / UEFA prezidentinin ölkəmizə səfəri təxirə salınıb

UEFA prezidentinin ölkəmizə səfəri təxirə salınıb

UEFA Dərc olundu: 08.10.2015 Çap
Bir müddət əvvəl UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platinin AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcəyi, səfər çərçivəsində Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcəyi və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcəyi barədə xəbər vermişdik. Lakin FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, Mişel Platininin futbol təsərrüfatında fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.
Yuxarıda qeyd olunmuş tədbirlərdə iştirak etmək üçün UEFA-nın baş katibinin müavini Teodor Teodoridis ölkəmizə səfər edəcək.
 
UEFA prezidentinin ölkəmizə səfəri təxirə salınıb
Baş Sponsor 
Partnyorlar