Yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də saat 20:00-da “8-ci km” stadionunda keçiriləcək Azərbaycan – Tacikistan qarşılaşması üçün müvafiq qaydada akkreditasiyadan keçmiş KİV nümayəndələri akkreditasiya vəsiqələrini sentyabrın 22-də “8-ci km” stadionunda keçiriləcək mətbuat konfransından əvvəl ala bilərlər.