az en
News / AFFA nümayəndələri uşaq reabilitasiya mərkəzini ziyarət ediblər

AFFA nümayəndələri uşaq reabilitasiya mərkəzini ziyarət ediblər

AFFA Dərc olundu: 15.09.2026 Çap
AFFA nümayəndələri “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
AFFA nümayəndələri uşaq reabilitasiya mərkəzini ziyarət ediblər
Sentyabrın 14-də baş tutan görüş zamanı yeni tədris ili münasibətilə Mərkəzdə reabilitasiya xidmətlərindən yararlanan uşaqlarla görüş keçirilib, onlara təhsil həyatlarında uğurlar arzu edilib.
Görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak ediblər.
Səfər çərçivəsində qonaqlar Mərkəzin fəaliyyəti ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçiriblər. Daha sonra futbol meydançasında uşaqların oyun və əyləncəli fəaliyyətlərini izləyiblər.
Görüşün sonunda uşaqlara yeni tədris ili münasibətilə hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Baş Sponsor