Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev Gəncə şəhərinə işgüzar səfər edib.
Baş katib səfər çərçivəsində yenidən qurulan Gəncə şəhər stadionunda “Kəpəz”in yeni mövsümdə ilk ev oyunu izləyib, “Kəpəz” Futbol Akademiyası və akademiyanın inzibati binası ilə yaxından tanış olub.
Qeyd edək ki, müasir standartlara cavab verən Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilib və bu status 2026-cı ilin avqustunda rəsmən təsdiqlənib. Bu kateqoriya stadionun milli komandaların oyunlarına, həmçinin UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək hüququ verir.
"Kəpəz" Peşəkar Futbol Klubunun İdarə Heyətinin sədri Anar Abdullayev AFFA-nın baş katibinə “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyası haqqında məlumat verib, akademiyanın infrastrukturu ilə tanış edib.
Daha sonra Cahangir Fərəcullayev Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Kəpəz” – “Turan” qarşılaşmasını stadiondan izləyib.