az en
News / AFFA-nın baş katibi “Sabahın Ulduzları” yarışında

AFFA-nın baş katibi “Sabahın Ulduzları” yarışında

AFFA Dərc olundu: 16.08.2026 Çap
“Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların U-14 yaş qrupunda 4-cü tur çərçivəsində keçirilən “Sabah” - “Zirə” (6:0) matçını izləyənlər arasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev də olub.
AFFA-nın baş katibi “Sabahın Ulduzları” yarışında
Baş katib təşkilati işlərlə yaxından maraqlanıb, könüllülərlə görüşüb, oyunların “CBC Sport” telekanalında və Bakı Futbol Federasiyasının (BFF) YouTube sosial şəbəkəsində canlı yayımlanması üçün görülmüş işləri yüksək qiymətləndirib.
AFFA-nın baş katibi BFF prezidenti Tahir Süleymanovla fikir mübadiləsində “Sabahın Ulduzları” layihəsinin ölkəmizdə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalına müvafiq yaş qrupu üzrə milli komandamızın formalaşdırılması üçün böyük əhəmiyyət daşıdığını xüsusilə vurğulayıb.
Baş Sponsor