az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 26.01.2016 Çap
FIFA 21.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirmişdir.
 
İntizam Komitəsinin qərarları
Məktubda “Rəvan” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
1. Topaz Premyer Liqasında çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivindən 6 xal silinsin.
 
FIFA 21.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirmişdir. Məktubda “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Dejan Brankoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 3 xal silinməsi göstərilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
1. Azərbaycan birinci divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivindən 3 xal silinsin.
 
17 yanvar 2015-ci il  U-16 Liqasında “Fortuna” – “İnter” matçının 29-cu dəqiqəsində “Fortuna” klubunun 2 №-li futbolçusu Lətif Hacıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
18 yanvar 2015-ci il  U-16 Liqasında “Kəpəz” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Kəpəz” klubunun 16 №-li futbolçusu Nadir Babayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
21 yanvar 2016-cı il  U-16 Liqasında “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
19 yanvar 2016-cı il  Boulevard Hotel U-15 Liqasının “Sumqayıt” – “Turan” matçında “Turan” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Baş Sponsor 
Partnyorlar