Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib. Komandamız Belarus millisi ilə qarşılaşıb. Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu Ramil Əliyev vurub.