az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 11.06.2026 Çap
AHFF-nin təşkil etdiyi ölkə çempionatında 24 may 2026-cı il tarixində keçirilən Qobu PFK - Məhəllə Uşaqları FK oyununda Qobu PFK komandasının 10N-li oyunçusu Emin Əlicanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı və bundan sonra hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 17.5 52.4)
AFFA İntizam Komitəsinin qərarları
AHFF-nin təşkil etdiyi ölkə çempionatında  07 iyun 2026-cı il tarixində keçirilən Mübariz Binə - Murov Kəlbəcər oyunundan sonra Murov Kəlbəcər komandasının 99N-li oyunçusu Rahib Vəliyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
AHFF-nin təşkil etdiyi ölkə çempionatında 18 aprel 2026-cı il tarixində keçirilən Qobustan FK - Təbriz FK, 26 aprel 2026-cı il tarixində keçirilən Təbriz FK - Balaxanı FK, 03 may 2026-cı il tarixində keçirilən Gənclik İK - Təbriz FK,16 may 2026-cı il tarixində keçirilən Təbriz FK - Araz Cəbrayıl FK və 24 may 2026-cı il tarixində keçirilən Araz Cəbrayıl FK - Təbriz FK oyunlarında lisenziyası olmayan şəxslər iştirak etdiyi üçün adıçəkilən oyunların nəticələri ləğv olunaraq Təbriz FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49, 99.9)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor