İsveçrənin Sürix şəhərində FIFA tərəfindən təşkil olunan Qadın Futbolu üzrə Avropa üçün Regional Seminar (FIFA Women's Football Regional Workshop) keçirilib.
FIFA-nın qərargahında təşkil olunan tədbirdə UEFA-ya üzv olan bütün milli assosiasiyaların nümayəndələri bir araya gələrək, qadın futbolunun inkişafı sahəsində əməkdaşlıq, bilik mübadiləsi aparıb və təcrübə paylaşımı ediblər. AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva da seminarda iştirak edib.