az en
News / AFFA rəsmisi final oyununda

AFFA rəsmisi final oyununda

UEFA Dərc olundu: 05.05.2021 Çap
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.
 
AFFA rəsmisi final oyununda
Qadınlar arasında UEFA Çempionlar Liqasının final oyununun UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq. İsveçin Göteborq şəhərindəki “Qamla Ullevi” stadionunda keçiriləcək finalda “Çelsi” (İngiltərə) və “Barselona” (İspaniya) komandaları qarşılaşacaq.
 
Baş Sponsor 
Partnyorlar