AFFA-nın Sosial Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb.
O, 25-31 mart tarixlərində Monteneqronun Bar şəhərində yerləşən “Topoplika” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunlarında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
K.Mustafayeva A liqasının 3-cü qrupu çərçivəsində martın 25-də Yunanıstan – Monteneqro, 28-də Monteneqro – Norveç, 31-də isə Monteneqro – İsveç görüşünün UEFA nümayəndəsi olacaq.