az en
News / AFFA tender elan edir

AFFA tender elan edir

AFFA Dərc olundu: 27.02.2023 Çap
Tərtər şəhər stadionunun yenidən qurulması ilə bağlı AFFA tender elan edir.
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək. 
 
AFFA tender elan edir
Tender müddəti: 27 mart 2023-cü il saat 17:00-a qədər
İşə başlama tarixi: 5 aprel 2023-cü il
İşin təhvil verilmə tarixi: 5 aprel 2024-cü il
Ödəniş şərtləri: 30% müqavilə bağlandıqdan sonra, 30% işin 30%-i görüldükdən sonra, 30% işin 60%-i görüldükdən sonra, 10% iş tam yekunlaşdıqdan sonra
 
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər.
 
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
 
Baş Sponsor 
Partnyorlar