az en
News / “Araz-Naxçıvan”ın Çempionlar Liqasında rəqibləri bilindi

“Araz-Naxçıvan”ın Çempionlar Liqasında rəqibləri bilindi

Futzal Dərc olundu: 04.07.2024 Çap
Futzal üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün ilkin və əsas mərhələlərinin püşkü atılıb.
“Araz-Naxçıvan”ın Çempionlar Liqasında rəqibləri bilindi
İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Mübarizəyə ilkin mərhələdən başlayacaq Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 20-25-i aralığında İsveçdə keçiriləcək.
Baş Sponsor