UEFA Avropa Liqasının püşkü atılıb. Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ”ın Liqa mərhələsindəki rəqibləri müəyyənləşib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu “Tottenhem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Bodo Qlimt” (Norveç) və “Elfsborq”la (İsveç) səfərdə, “Ayaks” (Niderland), “Lion” (Fransa), “Malmö” (İsveç) və FCSB (Rumıniya) ilə evdə qarşılaacaq.
Sentyabrda başlayacaq Liqa mərhələsinə 2025-ci ilin yanvarında yekun vurulacaq. Bu mərhələdə ilk 8 yeri tutan komandalar 1/8 finala vəsiqə qazanacaqlar, 9-24-cü pillələri tutanlar isə pley-offda oynayacaqlar.