az en
News / Ayxan Abbasov: "Qələbə bizim üçün motivasiya oldu"

Ayxan Abbasov: "Qələbə bizim üçün motivasiya oldu"

A Milli Dərc olundu: 23.09.2026 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən (1:0) sonra mətbuat konfransında fikirlərini bildirib:
Ayxan Abbasov: "Qələbə bizim üçün motivasiya oldu"
"İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Bilirdik ki, oyun ağır keçəcək. Bu görüşdə qarışıq heyətlə, gənc futbolçularla oynadıq. Motivasiya üçün bizə qələbə lazım idi. Birinci hissədə tempi qaldıra bilmədik, amma ikinci hissədə dəyişikliklərdən sonra 20-25 dəqiqə çox yaxşı temp oldu. Bizə lazım olan da bu idi. Bizi ağır səfər gözləyir. Orada bu tempə dözmək lazımdır. Bəzi oyunçularımız istirahət edirdi. Onlar bizə yaxın zamanda qoşulacaq və tam hazır olduqda Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq".
Baş Sponsor