az en
News / Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

AFFA Dərc olundu: 31.07.2026 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) azarkeşlər üçün yeni və innovativ rəqəmsal futbol məhsulu olan APL Fantasy platformasının rəsmi istifadəyə verildiyini elan edib.
Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
APL Fantasy Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradıb. İştirakçılar Premyer Liqa oyunçularından ibarət heyət formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayacaq və ümumi reytinqdə yüksəlmək uğrunda mübarizə aparacaqlar.
Layihənin əsas məqsədi Azərbaycan futboluna marağı artırmaq, azarkeşlərin çempionatda iştirak hissini gücləndirmək və rəqəmsal platformalar vasitəsilə futbolsevərlərə yeni təcrübə təqdim etməkdir.
APL Fantasy həm veb-platforma, həm də mobil tətbiq formatında istifadəçilərin ixtiyarına verilib. Futbolsevərlər platformaya qoşulmaq üçün rəsmi internet səhifəsinə daxil ola və ya tətbiqi App Store və Google Play üzərindən yükləyə bilərlər.
 
APL Fantasy-nin imic çarxı: https://www.youtube.com/watch?v=55Ddc0af1Rw
 
Müsabiqə çərçivəsində qaliblər hər turdan sonra, aylıq nəticələrə əsasən və mövsümün yekununda müəyyən ediləcək. Azərbaycan Premyer Liqasının 33 turluq mövsümünün sonunda isə ən uğurlu iştirakçıları xüsusi və dəyərli baş mükafatlar gözləyir.
AFFA bütün futbolsevərləri APL Fantasy ailəsinə qoşulmağa, öz komandalarını qurmağa və Azərbaycan Premyer Liqasını daha maraqlı və interaktiv şəkildə izləməyə dəvət edir.
APL Fantasy haqqında daha ətraflı məlumat əldə etmək və oyuna qoşulmaq üçün rəsmi platformadan istifadə edə bilərsiniz:
 
Baş Sponsor