az en
News / Bu gün saat 14:00. Azərbaycan (U-17) – Malta (U-17)

Bu gün saat 14:00. Azərbaycan (U-17) – Malta (U-17)

U-17 Dərc olundu: 30.03.2026 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda bu gün son oyununa çıxacaq.
Bu gün saat 14:00. Azərbaycan (U-17) – Malta (U-17)
B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərindəki son görüşündə Malta yığması ilə qarşılaşacaq. “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
 
30 mart
 
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
Baş Sponsor