21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Əlincə Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
25 sentyabr
Azərbaycan (U-21) – Çexiya (U-21)
Əlincə Arena, saat 17:45
Baş hakim: Aaron O'Doud
Baş hakimin köməkçiləri: Darra Kiqan, Şeyn Cerrard O'Brayen
Dördüncü hakim: Pol Norton