21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
F qrupunda yer alan millimiz Bakıda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Fransadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
10 sentyabr
Azərbaycan (U-21) – Serbiya (U-21)
Dalğa Arena. Saat 19:00
Baş hakim: Bastien Dechepy
Baş hakimin köməkçiləri: Alexis Auger, Brice Parinet Le Tellier
Dördüncü hakim: Florent Batta
(Hakimlər briqadası Fransadandır)