21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq. B qrupunda yer alan millimiz səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. "İdman TV" kanalı vasitəsilə canlı yayımlanacaq matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
31 mart
20:00. Bolqarıstan (U-21) - Azərbaycan (U-21)
Plovdiv, “Xristo Botev”
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Dmitro Zaporojenko, Viktor Nijnik
Dördüncü hakim: Dmitro Pançişin
(Hakimlər briqadası Ukraynadandır)